Elvin Abdullayev: "Narkomanların arasında çox olmuşam" (MÜSAHİBƏ + FİLM)

GƏNCLİK
13:16 22.11.2011
6937
Sənətinin həddindən artıq çox sevən şəxs, sənətinin vurğunu, Azərbaycanın ən perspektivli rejissorlarından biri və ya 20 yaşlı gənc, adi bir tələbə- Elvin Abdullayev. Elvin mənim üçün həddindən artıq səmimi, həmişə gülərüz, zarafatcıl bir oğlandır. Elvin Abdullayevi çoxunuz “Özgə Günah” filmi ilə tanıyırsız, bəlkə də ancaq filmiz izləmisiniz amma özünü görməməsiz. Biz bu gün həm göstərəcəyik, həm də tanıdağacıq. Elvindən 1 ilə yaxın idi ki, müsahibə almağı planlaşdırırdım amma hər dəfə nəsə problem çıxırdı. Nəhayət ki, həmkarım Əfsələddin Ağalarovun təkidi ilə 20 yaşlı gənc rejissor Elvin Abdullayevdən müsahibə ala bildik. Əgər söhbətin əvvəli maraqlı oldusa sona kimi oxuyun. - Gəl lap əvvəldən başlayaq. Elvin Abdullayev kimdir?- Mənim üçün Elvin Abdullayev böyük potensiala malik, amma hələ o potensialı göstərə bilməyən bir gəncdir. O potensiala göstərmək üçün insana imkanlar verilməlidir amma bu şanslar hələ ki, Elvin Abdullayevə verilməyib.Bir daha qeyd edirəm ki, Elvin özünü göstərə bilməyən bir gəncdir.- Bəs bu gənc oğlanın iddiaları nədir? Ümumiyyətlə, nə istəyir bu gənc oğlan?- Mənim ən birinci iddiam 2016-cı ildə 4 ən möhtəşəm kino festivaldan (Berlin, Kan, Oskar və Venesiya) birini Azərbaycana gətirməkdir və əminəm ki, gətirəcəm - Səncə bu daha çox arzuya oxşamır?- Mənim kafedra müdirim Aydın Dadaşov həmişə deyir ki, “rejissor olmaq üçün ya bu sənətə 45 yaşından sonra zəngin həyat təcrübəsiylə gəlmək lazımdır ya da pozulmuş gənc olmaq lazımdır ki, insanlara deməyə sözün olsun. Adi həyat tərzimi sürən insan olsan sən dediyin söxlər də adi olacaq. Adi sözlər də kütlə üçün, insanlar üçün maraqlı deyil. Amma nə qədər ki, adilikdən çıxırsan bir o qədər maraqlı olursan”. Ona görə də düşünürəm ki, bu arzu yox hədəfdir. Çünki mən özümü maraqlı rejissor hesab edirəm. - Belə çıxır ki, sən özünü pozulmuş gənc hesab edirsən...- Mənim 21 yaşım var. Amma mən özümü 35-40 yaşlı insan kimi hiss edirəm. Çünki mən 35-40 yaşlı insanın gördüylərini görmüşəm bu gənc yaşımda...- Bəlkə bu haqda bir az danışasan...- Mən ümumiyyyətlə, başıma gələnləri, həyatımda baş verənləri yaxın dostlarımla da paylaşmıram. Ona görə də sizə üstü örtülü deyə bilərəm ki, bu ancaq çətin və keşməkeşli həyatın mənə verdiyi hədiyyəsidir. Həmin o çətin həyat mənə zəngin həyat təcrübəsi verib. - Sənin üçün xəşbəxtlik nədir? Çoxları xoşbəxtliyi sevgidə görür....- Mən ümumiyyətlə sevgini təsəvvür etmirəm. Elə bir şey ömür boyu olmayacaq.- Özünü inandırmısan artıq buna?- Ola bilər. Sevgiyə inanmıram, sevginin varlığına inanmıram. - Həyatında nəsə olub ki, belə düşünürsən...- Siz sözü qoparsız adamdan. Amma bu hadisəni bu günə kimi heç kimə danışmamışam və sizə də danışmayacam... - Elvinin ailə quracağı xanım necə olmalıdır...- Onu tanımıram ki, o kimdir. Amma ona bir mesajım var ki, həmişə mənim yanımda olsun. Çünki həyatda ən qorxduğum şey xəyanətdir. Bəlkə heç kimdən, heç nədən, gözə görünməz varlığdan belə qorxmadığım halda xəyanətdən qorxuram. - Bir söz də var ki, xəyanətdən qorxan insanlar ən çox xəyanət edən insanlardır...- Yox, qətiyyən bu fikirlə razı deyiləm. Özüm heç vaxt xəyanət etmərəm.- Belə anladıq ki, həyata gördüklərin səni rejissorluğa gətirib...- Mən özüm incəsənət ailəsində dünyaya gəlmişəm. Elə gözümü açandan aktyorları, onların məşqini görmüşəm. Əslində mən aktyor olmalı idi. Mən artıq 3 yaşında filmlərə çəkilirdim, 7 yaşımda canlı yayımın aparıcısıydım, 9 yaşımda rejissor Eldar Quliyevin filmində oynayırdım. Amma mən bir şeyi anlayırdım ki, mən lider olmaq istəyirəm. Bir gün çəkiliş vaxtı həmin yeri idarə edən insanla tanış oldum. Onun da adı rejissor idi və hiss elədim ki, mən öz yaşıdlarımın gördüyündən çox şey görmüşəm və onu danışmağın ən yaxşı yolu rejissorluqdur. Və o andan rejissor olmaq qərarına gıəldim. - Yaxşı bir rejissor kimi, həyatını bundan sonra necə görmək istəyərsən...- İndiki düşüncəmlə deyim ki, çox vaxt fikir dəyişir bir dənə rejissor olmaq fikrim qalır. Amma bununla yanaşı mən yenə də kimsə olmalıyam ya çox yüksək sosial statusa malik məşhur və peşəkar rejissor kimi görürəm. - Gələk “Özgə günah”a. “Özgə Günah”da Elvin kimdir?- Şekspir deyir ki, “mənə olanları göstərmə necə ola bilərdi, onu göstər”. Mən düşünmüşəm ki, vaxtilə həmin müəyyən hadisələrin içində qalsaydım sonum çox pis olardı amma mən ordan çıxdım və rejissorluğu seçdim. - “Özgə günah” da buna görə yarandı?- “Özgə günah” yaratmaq zərurətindən, yaradıcılıqdan doğdu. Hər bir yaradıcı insan öz yaradıcı istiqamətinə görə insanlara hansısa mesajı çatdırır. Kimi şeirlə, kimi rəsmlə, kimi musiqiylə. Mən də filmi seçmişəm. Çünki düşünürüm ki, həqiqətə ən yaxın istiqamət məhz filmdir. “Özgə günah” yaradıcı partlayış idi. Yaratmaq istəyirdik amma inanmırdıq özümüzə. Ona görə inanmırdıq ki, arxamızda dayanan, bizə dəstək olan heç kəs yox idi. Mən bilirdim ki, mən “Özgə günah”ı istədiyim kimi çəkə bilməyəcəm. Çünki həmin dəstək verən adam yox idi. Artıq o adamı gözləmək olmazdı deyə əlimizdə olan bütün imkanlardan istifadə edib “Özgə Günah”ı yaratdıq. - Sən "Özgə günah”ın həmin ssenaristi, həm baş rol ifaçısı, həm də rejissorusan. Niyə orada müsbət obrazı yəni Natiqi özünə götürdün? Orada sonu xoşbəxt olan yeganə insan məhz Natiqdir.... - (Düşünür) Bu əla sual idi. İlk olaraq qeyd edim ki, Natiq adı təsadüfdür. Çox fikirləşdim ki, baş rol ifaçısına nə ad qoyum və təsadüfən Natiq adı verdim. Suala gəlincə deyim ki, birincisi güvənmədim aktyora, çünki həmin vaxtı ətrafımda o rolu oynaya biləcək adam yox idi. Həm də düzünü desəm vəzifəmdən sui istifadə elədim və o rolu götürdüm. Və ən əsası həyatımda müəyyən qədər Natiqdən izlər var. - Belə çıxır ki, Natiqin gəncliyini yaşamısısan. - Müəyyən qədər tam olaraq yox. Diktofonu söndürəndən sonra səmimi söhbət eliyərik bu haqda (gülür)- “Özgə Günah”da Ataşın ölüm səhnəsi mənim diqqətmi cəlb etdi. Orada göstərilir ki, Ataşın atası vaxtilə uşaqğıyla maraqlanmayıb deyə Ataş bu vəziyyətə düşür və narkotikdən ölür amma Natiq sağ qalır. Deyim ki, Natiqin ölümü üçün də səbəblər çox idi.- Hər halda narkomanın ölməsi daha real görsənir. Mən bu bu filmdə heç nəyi gizlətməmişəm. Rejissor o vaxt yaxşı rejissordur ki, filmdə nəyisə gizlətsin. Amma mən heç nəyi gizlətmədim. Bu mənim ilk işim idi. Ümumiyyətlə, rejissor ilk olaraq 2-3 dəqiqəlik videorolik çəkməlidir amma mən ilk olaraq 45 dəqiqəlik bir film şəkdim. Bu ilk dəfə kamera arxasında olmağım idi. Mümkünsə bunu da nəzərə alın. Biz Ataşı ona görə öldürdük ki, hamı görsün ki, narkomaniyanın sonu ölümdür. Çünki mən onların hamısını görmüşəm, onların arasında çox olmuşam. Narkomanlar ölülərdir, diri ölülər. İstədim ki, filmin sonunda halal yola getmiş Natiqlə, halal yola getməmiş Fira üzləşsin. - “Özgə Günah”ın büdcəsi haqda danış...- Bizim imkanlarımız yox idi, gözləmək də yersiz idi. Adam o zaman gözləyər ki, onun ümid yeri olsun, kimsə desin ki, “gözlə mən sənə yardım edəcəm” amma bizdə bu yox idi deyə filmi çəkmək qərarına gəldik. Biz büdcəni gizlətməmişik yazmışıq 54 manat, əslində heç 54 manat da çıxmayıb heç. Yeməyə kolbasa çörək yeyirdik, yadıma gəlir 14 manat da kasetlərə getdi.Amma mən bir də büdcəsiz film çəkmək istəmirəm. İnanın ki, çox çətindir. Bəlkə də məni başa düşərsiz siz...- İnan ki, səni bu həyatda ən yaxşı başa düşənlər elə bizik...Hə, müəyyən qədər bilirəm AZXEBER.COM-un inkişafını, çox çətindir. Bundan sonra heç vaxt az büdcəylə böyük iş görmək istəmərəm, qoy elə böyük büdcəylə böyük iş görüm. - Gəl yenidən qayıdaq əvvəlki söhbətə. Uşaqlıq iddiaların gerçəkləşibmi?- Yox, mənim iddialarım çox böyükdür və hərdən düşünürəm ki, o yola çata bilməyəcəm. - Həyatının sonunu necə görürsən?- Çox kasıb, tənha, “setka”lı kravatda üstümə “prastina” atıblar orada kimsəsiz can verib ölürəm, çox kasıb və kimsəsiz şəkildə. - Bəs düşünmürsən ki, yola gedərkən lotoreya bileti alacaqsan və həyatını varlı bir insan kimi davam etdirəcəksən..- Heç vaxt fikirləşməmişəm ki, bəxt nə vaxtsa mənim üzümə güləcək və mən xoşbəxt olacağam. - Bəs ölüm haqqında fikirləşmisən..- Çox maraqlı sualdır. İnanın ki, bu haqda heç vaxt fikirləşməmişəm, bilmirəm...- Bəziləri düşünür ki, ölüm hədəfə gedən yolda qabağına çıxan dəvətsiz qonaqdır...- Mən ümidlərimə şübhə ilə yanaşıram. Mən heç vaxt fikirləşməmişəm ki, mən gələn il Oskarı götürəcəyəmsə bu il öləcəm. - Milyonların içində tənhayam deyirsən həmişə. Bu qədər dost-tanışın arasında səni tənha edən nədir?- Siz əjdaha uşaqlarsız haa, doğurdan deyirəm (Gülür) Əslində, heç mən özüm də milyonlardan fərqli deyiləm. - Ən yaxın dostun özünsən?- Elə vaxt olur özüm də özümü tərk eliyirəm. Məncə ən yaxın dost səni tərk etməməlidir. Vaxt olur mən özüm də özümü atıram. Əvvəl ən yaxın dost kimi siqareti görürdüm,sonra mənə dedilər ki, “siqaret necə dostdur ki, sən onu pulnan alırsan. Axı pul olmayanda o da olmur”. Bir sözlə, mənim ən yaxın dostum yoxdur. - Dostu olmayanın düşməni çox olar...- Düşmənim də yoxdur heç vaxt fikirləşməmişəm ki, kimsə mənim düşmənimdir. Mən mənə düşmən deyənlərə tanış kimi baxıram. Çarli Çaplinin bir sözü var deyir ki, “Həyatda özgəsinin yerini tutmaqdansa, öz yerin haqda fikirləş”- Sənin üçün çərçivə varmı həyatda? Hansı çərçivəyə kimi gedə bilərsən?- Bu suala cavab verməyə qorxuram. Ciddi deyirəm ki, qorxuram. Əslində cavab hazırdır amma qorxuram...- Səncə rejissor üçün çərçivə olmalıdrmı?- Yox olmalı deyil çünki rejissor bəşəriyyətə xidmət edən şəxsdir. 55 yaşlı bir rejissor gəldi mənim filmimə baxdı və dedi “ehh, Elvin, sən bilirsən bu nə çətin yoldur?” Bir dənə o kəlmə ilə mən hər şey anladım. Mənim bütün çətinlikləri gördüm onun bu sözündə... (düşünür)- Səncə xoşbəxt rejissor varmı?- Mən xoşbəxt rejissor kimi Bilge Ceylanı görürəm çünki o iki dəfə Kan festivalının qalibi olub. Amma mən onu heç vaxt ürəkdən gülən görməmişəm. Məncə xoşbəxt rejissor yoxdur. Rejissor olmaq üçün gərək şəxsiyyət olasan, cəmiyyətdəki bütün problemləri görüb, dərk etməlisən. Problemləri görən adam necə xoşbəxt ola bilər ki?- 2016-ci ildir və sən Kan festivalının qalibisən amma özünü xoşbəxt hiss etmirsən. Belə bir şey ola bilərmi?- Hə, məncə elə də olacaq. Çünki insanın kodlarında var ki, istədikcə istəyir. Bunun sonu yoxdur, insan hər zaman nəsə istəyir...- Belə bir fikir var ki, “həyatda özümü tapmadığıma görə rejissor oldum” razısan bu fikirlə?- Bəli razıyam. Amma bəlkə də özümü hər yerdə tapdığıma görə rejissor oldum. Bu çox qəliz mövzudur. Həyatda o qədər yerdə özünü tapırsan ki, tin uşaqlaryla söhbətdə olursan onlardan biri, intellegentlərlə, siyasətçilərlə əyləşəndə olursan onlardan biri və sən o qədər çoxsan ki, özüvü tapa bilmirsən. Sən yoxsan deyə yox, sən o qədər çoxsan deyə özüvü tapa bilmirsən.- Bundan sonrakı məqsədin?- Film çəkmək, ancaq və ancaq film çəkmək...- Bir fikir də var ki, hər şey istəyən insan heç nə qazana bilmir- Bax bundan da çox qorxuram. Mən çox şey istəyirəm, lap çox şey istəyirəm. Gərək möcüzə olsun ki, mənim bütün istəylərim reallaşsın. - Azərbaycandakı rejissorları bəyənirsən?- Bəyənirəm, amma möhtəşəm bir iş görməmişəm. - Həyatda idealın var?- Yoxdur- Bəs sənin kiminsə idealı olsan ona yazığın gələr?İnanın ki, mənə deyiblər ki, “sən mənim idealımsan” və mənim həmin insana yazığım gəlib. Hacı, sən bunları haradan bilirsən? Camaat elə biləcək əvvəlcədən hazırlaşmışıq? (gülür)Bu Elvin Abdullayev idi. Yəqin ki, Elvinin səmimiyyətinə özünüz də şahid oldunuz. Sonda Elvinlə sözləşdik ki, növbəti müsahibəni ondan 2016-cı ildə Kan festivalından sonra alacağıq. Kana kimi isə siz “Özgə Günah”ı bir daha izləyin. Hacıbəy Heydərli, Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR