Elvin Cəfərquliyev Avropa yolunda - Bu klub da onu istəyir

Elvin Cəfərquliyev Avropa yolunda - Bu klub da onu istəyir
İDMAN
01:24 07.05.2026
15244
"Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyevin gələcək aqibəti maraq doğurur.

Ölkənin ən istedadlı futbolçularından olan solaxay müdafiəçi intizam qaydalarına əməl etmədiyinə görə əvəzedici heyətə göndərilib.

Mövsümün sonuna qədər əsas komandaya qayıtması mümkün görünmədiyinə görə xarici agent və skautlar əl-ayağa düşüb.

"Qarabağ”dan ayrılacağı ehtimal olunan futbolçuya maraq böyükdür.

Siyahıya daha bir klubun adı əlavə olunub – "Ferentsvaroş”.

İndiyə qədər "Qarabağ”la bir neçə futbolçunun alış-verişini edən Macarıstan nəhəngi yaranmış fürsətdən maksimum yararlanmağa çalışır.

Hətta "köhlən atlar”ın tələb edəcəyi məbləğlə bağlı razılığa qol çəkməyə də hazırdır. Barter şərti (futbolçu+pul) də mümkün görünə bilər.

/sportinfo.az
OXŞAR XƏBƏRLƏR