“Elvinin başqa komandalarla danışıq aparmasına razılıq vermişik” - Video

“Elvinin başqa komandalarla danışıq aparmasına razılıq vermişik” - Video
İDMAN
22:07 22.05.2026
675
"Elvin Cəfərquliyev transferə çıxarılıb. Razılıq vermişik ki, başqa komandalarla danışıq aparsın”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

"Yəni bütün təkliflərə açıqdır. Danışıq aparıb keçidi alınmazsa, ondan sonra əsas komandada, yoxsa əvəzedicidə qalacağına qərar verəcəyik. Ramil Şeydayevə gəldikdə isə, onunla sabah danışacağıq və qərarımızı verəcəyik. Zakaria Savo transferi isə, bəli, onunla danışıqlar müsbət yöndə gedib. Transferin alınmaq ehtimalı böyükdür”, - Qurbanov bildirib.

OXŞAR XƏBƏRLƏR