Elxan Məmmədovun pul ayırdığı saytlar "yoxa çıxıb": Baş katib AFFA-nın milyonlarını göyə sovurur

Elxan Məmmədovun pul ayırdığı saytlar "yoxa çıxıb": Baş katib AFFA-nın milyonlarını göyə sovurur
MANŞET
15:38 13.11.2017
5477
Ötən il idman mediasına dəstək məqsədilə AFFA yanında Media Komitəsi yaradıldı. Bu komitənin yaradılmasında əsas məqsəd idman mətbuatında araşdırma, təhlil tipli yazıların artması, jurnalistlərin peşəkarlıq səviyyəsinin artması və Azərbaycan futbolunun inkişafına dəstək idi. Ancaq zaman onu göstərdi ki, bu komitə idmanımızın inkişafına yox, bir neçə şəxsin müdafiəsinə və siğortalanmasına hesablanıb. 
 
AZXEBER.COM adıçəkilən komitənin maliyyə ayırdığı saytlardan bəzilərinin monitorinqini aparıb.
 
Araşdırma nəticəsində məlum olub ki, komitənin pul ayırdığı saytlardan bəziləri ümumiyyətlə mövcud deyil, bəziləri isə uzun müddətdir ki, yenilənmir.
 
Komitənin 17 oktyabr tarixində keçirilən iclasının sonunda idarə heyəti nyusport.az və extratime.az saytlarına toplam 4 min manatdan çox pul ayırıb. Ancaq adıçəkilən saytların hər ikisi uzun müddətdir ki, fəaliyyət göstərmir, saytlarının domenlərinin vaxtı bitib. Maraqlıdır ki, bu saytlara maddi yardım olunması və onların layihə keçirəcəkləri ilə bağlı məlumat MK-nın rəsmi press-relizində də qeyd olunub. Belə olan halda ortaya sual çıxır: Görəsən bu komitənin ideya müəllifi Elxan Məmmədov pul ayırdığı saytlara heç bir dəfə də olsun daxil olubmu? Olmayıbsa, bu pulun qaynağı haradır? 4 min manatı havaya atmağın mənası nədir?
 
Məsələ ilə bağlı adıçəkilən AFFA yanında Media Komitəsinin idarə heyətinin üzvü Mahir Rüstəmli AZXEBER.COM-a deyib ki, press-relizdə yanlışlıq olub və saytın adı newsport.az olmalıdır, digər saytın isə hostinqində dəyişikliklər gedir. 

 
İdman mütəxəssisləri isə hesab edir ki, bu komitə idman mətbuatına dəstək məqsədilə deyil, məhz bir neçə şəxsi müdafiə etmək üçün yaradılıb. Bu adamların başında isə AFFA baş katibi Elxan Məmmədov gəlir. Bu layihə adı dəfələrlə maliyyə qalmaqallarında hallanan Məmmədovun özünü siğorta cəhdidir və komitə də məhz onu müdafiə etmək üçün yaradılıb. Maraqlıdır ki, tanınmış idman jurnalisti, ATV İdman Xəbərlərinin aparıcısı İlkin Xəlilov komitənin saytlara pul paylamasına belə reaksiya verib: "Burada deyəsən pul paylayırlar, nə əladır, növbəti layihəyə qədər mən də bir idman saytı yaradacam".
 
Onu da qeyd edək ki, məhz Məmmədovun bu layihəsindən sonra onun əleyhinə mediada ifşaedici məlumatlar azalıb. Media Komitəsi həm də jurnalistlərin xarici ölkələrə səfərini təşkil edir. İdman jurnalistləri də maddi asılılığa görə onların çaldığı havanı oynamağa məcburdur. İdman mətbuatında reklam bazarının olmaması, klubların tapşırıq ilə reklam verməsi qələm adamlarını aciz hala salıb, bundan da maksimum faydalanan Elxan Məmmədov və onun komandası olur. 
 
Məmmədovun Azərbaycan futbolu ilə bağlı yarıtmaz siyasəti bununla da yekunlaşmır. "Kəpəz" klubunda yoxlamalar və onun hər kəsə bəlli nəticəsi, baş məşqçi Şahin Diniyev açıqlaması, oyun alqı-satqıları, Rövnəq Abdullayevin qovduğu hakimə yeni vəzifə verməsi də gündəm mövzularındandır və bütün bunlar onu göstərir ki, futbolumuz bu şəxslərdən azad olmayana qədər problemlər də bitməyəcək. 
 
Mövzuya yenidən qayıdacağıq. 
 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
20:08 28.08.2025
Leyla Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçalarının açılışında - Fotolar
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
19:40 28.08.2025
NATO üzvləri bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
19:20 28.08.2025
Türkiyənin Karahantepe abidəsində Neolit dövrünün ən böyük kəşfi – “İlk üçölçülü süjet”
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
19:09 28.08.2025
İsrail ordusu Hizbullaha məxsus obyektlərə zərbələr endirib
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
18:59 28.08.2025
Fransa Fələstində səfirlik açmağı planlaşdırır
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
18:46 28.08.2025
UEFA Çempionlar Liqasının final matçının başlama vaxtını dəyişdirib
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
18:35 28.08.2025
Rusiyanın Kiyevə hücumu Ursula von der Leyeni qəzəbləndirib
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
18:21 28.08.2025
ABŞ Venesuela sahillərinə hərbi gəmilər göndərib
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
18:10 28.08.2025
Rusiya İran dronları ilə Almaniyada ABŞ və NATO-nun silah marşrutlarını izləyir
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
17:58 28.08.2025
Döyülən uşaqların anası yenə hamilədir... - VİDEO
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
17:46 28.08.2025
Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
17:36 28.08.2025
İsrail Baş naziri ifadələrinə diqqət etməlidir
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
17:34 28.08.2025
Valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlılar körpələr evinə yerləşdiriləcək - RƏSMİ
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
17:29 28.08.2025
Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar tərəfindən tənzimlənir
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
17:26 28.08.2025
Nişanlanan məşhur müğənninin üzüyünün qiyməti məlum oldu
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı
17:18 28.08.2025
"Azərbaycan turizmində əsas problem turistin gəlməməsidir" - İqtisadçı