"Elza bədbəxt və yazıq adamdır" – Əhəd Abıyev

"Elza bədbəxt və yazıq adamdır" – Əhəd Abıyev
Bütün Xəbərlər
18:32 26.12.2014
2357
Daşkəsənin icra başçısı Əhəd Abıyev onun adından bu gün mətbuatda yayılan fikirlərin hamısını təkzib edib
“O kimdir ki, mən ondan üzr istəyim? O, bədbəxt və yazıq adamdır. Türkiyədən Elza mənə zəng edib dedi ki, bu jurnalistlərin oyunudur, mən belə söz demişəmsə atama lənət. Mən ondan üzr istəməmişəm. Nəyə görə ondan üzr istəməliyəm ki??? “
Bu sözləri “AZXEBER.COM”-a Daşkəsənin icra başçısı Əhəd Abıyev söyləyib.
Lent.az saytının verdiyi xəbərə görə, E.Seyidcahan deyib ki, Ə.Abıyev dünən ona zəng edib: “Bu mövzu ilə bağlı ötən gün sizin saytınıza verdiyim açıqlamadan sonra Əhəd bəy mənə zəng etdi və üzr istədi. Söylədi ki, barəmdə o cür sözlər söyləməyib, sadəcə onun açıqlaması şişirdilib".
Elza sözlərinə belə davam edib: "Mənlə danışanda çox həyəcanlı idi, narazılığını bildirdi. Söylədi ki, mən sizin işlərinizi, layihələrinizi bəyənirəm. Hər zaman qapılarım sizin üzünüzə açıqdır. Gələcəkdə sizi Daşkəsənə dəvət edirəm ki, burada konsert verəsiniz. Hətta bildirdi ki, gələcəkdə sizin kimi sənətçinin millət vəkili olması onu sevindirər. Əhəd bəyin məndən üzr istəməsi onun böyüklüyündən xəbər verir”.
E.Seyidcahan onu da əlavə etdi ki, bu açıqlamanı vermək üçün Ə.Abıyevdən razılıq alıb.
Orxan
OXŞAR XƏBƏRLƏR