Elza Seyidcahan efirdə əsəbiləşdi: "Sən məni yaxşı tanımırsan" - VİDEO

Elza Seyidcahan efirdə əsəbiləşdi: "Sən məni yaxşı tanımırsan" - VİDEO
MAQAZİN
13:46 08.12.2017
1523
Elza ilə Vəfa Zeynalova canlı yayımda dalaşdı
 
ARB TV-də yayımlanan "Səhər–səhər” verilişində əməkdar artist Elza Seyidcahan ilə aktrisa Vəfa Zeynalova arasında anlaşılmazlıq olub.
 
AZXEBER.COM xəbər verir ki, aktrisa Elzanı sadəlöv adlandırıb.
 
O deyib ki, müğənni sadəlövh olduğuna görə hər zaman problemlə qarşılaşı: "Elza xanımın başına nə gəlirsə sadəlövhlüyündən gəlir. Ürəyinin təmizliyindən gəlir.”
 
Vəfanın bu sözlərindən sonra əməkdar artist sinirlərinə hakim ola bilməyib.
 
O deyib ki, sadəlövh insan deyil: "Mənim başıma pis şeylər gəlməyib. Başıma gələn hadisələr də mənə uğur gətirib. Ola bilsin Vəfa məni daha yaxından tanımır. İnsan sadə ola bilər, amma sadəlövh ola bilməz. Sadəlövhlüyə düşmən kimi baxıram. Süniliklə təbiiliyi insanlar qarışdırır. Mən doğalam, təbiiyəm. Sadəlövhlük odur ki, gedən gələn sənə bir şapalaq vursun. O da qulaqlarını sallayıb qalsın.
 
Elzanın bu fikrinə aktrisa tam razı olmayıb. Elzanı tez aldatmaq olduğunu deyib. Elza isə "Əslində, məni aldatmaq asan deyil. Həyatda öz övladıma belə inanmıram. Mən bir tək Allaha inanıram".
 
Nazim Qasımzadə,
AZXEBER.COM
 
OXŞAR XƏBƏRLƏR