Elza Seyidcahan Murad Dadaşov və Tolikdən üzr istədi

MAQAZİN
14:19 07.03.2020
5566
Əməkdar artist Elza Seyidcahan Xəzər TV-nin yeni rəhbəri Murad Dadaşov və teleaparıcı Tarix Əliyevdən üzr istəyib.

AZXEBER.COM xəbər verir ki, o, instaqramda bu sözləri yazıb:

"Manaf müəllimi gözləyirdim ki, bu sənət müzakirəsinin xoşagəlməz notlarını üzərindən silər. Ona görə də "Hər şey daxil” verilişinə zəng elədim ki, sənət çalarlarını bir daha anladım. Çünki gözəl müzakirəyə səbəb olacaq mövzu açılmışdı.

Bütün sənətkarlar və musiqi sevərlər bir-birinə dəyib.

Amma mən tərbiyəli insan olaraq Xəzər televiziyasından, Tarix Əliyevdən və başda hörmətli Murad Dadaşov olmaqla hamıdan üzr istəməyi özümə borc bilirəm ki, gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatlıq gətirdik”.

Qeyd edək ki, Elza Seyidcahanla Mətanət Əsədova və Manaf Ağayev arasında canlı yayında qalmaqal yaşanıb.

OXŞAR XƏBƏRLƏR