“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR

“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
İQTİSADİYYAT
14:42 09.09.2026
87

"Azərlotereya" ASC "ZəfərŞəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həsr edilmiş tədbir keçirilib. İçərişəhərdə baş tutmuş tədbirdə tələbə adını qazanan 30-dən çox gənc səhər yeməyi süfrəsi ətrafında bir araya gəlib.

Tədbirdə "Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.

Çıxışlarda gənclərin əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara yeni başlayan tələbəlik həyatlarında uğurlar arzulanıb. Eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və dəstəyin, gənclərin təhsil və şəxsi inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra "Əmanətə Sədaqət” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar xüsusi arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər. 

Günün davamında iştirakçılar əməkdar mədəniyyət işçisi, məşhur aparıcı Rahib Azərinin rəhbərliyi ilə İçərişəhər turuna qatılıblar. Tur zamanı gənclər tarixi küçə və məkanlarla tanış olub, memarlıq abidələri, İçərişəhərin tarixi və Azərbaycanın zəngin mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər. Sonda tələbələrə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Əmanətə Sədaqət” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihənin məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların təhsil və sosial imkanlarını genişləndirmək, eləcə də yay tətilini maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Bu illər ərzində layihə 231 tələbəni əhatə edib. Onlardan 73-ü artıq məzun olub, bu il isə daha 37 gənc tələbə adını qazanıb.

Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada gənclər üçün yay düşərgələri təşkil olunub. Düşərgələr zamanı iştirakçılar muzey və tarixi abidələrə, eləcə də müxtəlif bölgələrə səfərlər edib, karyera planlaması, şəxsi inkişaf, komanda işi və liderlik mövzularında təlimlərdə iştirak ediblər. Bununla yanaşı, gənclər üçün müxtəlif idman və intellektual yarışlar təşkil olunub.

"Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda ali təhsil alan şəhid övladlarının isə yaşayış xərcləri qarşılanır. Layihənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, həmçinin onların yay tətilini maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
15:14 09.09.2026
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
15:13 09.09.2026
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
15:12 09.09.2026
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
15:10 09.09.2026
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
15:07 09.09.2026
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
15:02 09.09.2026
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
14:42 09.09.2026
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
14:38 09.09.2026
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
Kanat yollarında gizli təhlükə: Tros nə vaxt istifadədən çıxarılmalıdır?
14:29 09.09.2026
Kanat yollarında gizli təhlükə: Tros nə vaxt istifadədən çıxarılmalıdır?
“Şagird oxuya bilir, amma oxuduğunu anlamır” - Təhsildəki bu problem necə həll ediləcək?
14:18 09.09.2026
“Şagird oxuya bilir, amma oxuduğunu anlamır” - Təhsildəki bu problem necə həll ediləcək?
Gənclər və İdman Nazirliyi QHT Agentliyi ilə birlikdə qrant müsabiqəsi elan edəcək
14:13 09.09.2026
Gənclər və İdman Nazirliyi QHT Agentliyi ilə birlikdə qrant müsabiqəsi elan edəcək
“İnsanları siniflərə bölmək məntiqli deyil” – Deputatdan sərt açıqlama
14:06 09.09.2026
“İnsanları siniflərə bölmək məntiqli deyil” – Deputatdan sərt açıqlama
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
13:55 09.09.2026
Bu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək
13:45 09.09.2026
Ceyhun Bayramov Mirzoyanla görüşəcək
Şəkidə kanat faciəsinin təfərrüatı: Tros qırılıb, yoxsa?
13:10 09.09.2026
Şəkidə kanat faciəsinin təfərrüatı: Tros qırılıb, yoxsa?
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş – FOTO
13:05 09.09.2026
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş – FOTO