Əmək kitabçalarının ləğv olunacağı - DƏQİQ TARİX

Əmək kitabçalarının ləğv olunacağı - DƏQİQ TARİX
Bütün Xəbərlər
14:15 18.04.2014
2257
Nazirlik bu prosesin aktiv fazasına keçdi.
Üç gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vergilər Nazirliyinin təklifi nəzərə alınmaqla, əmək müqavilələrinin elektron bildiriş sistemi ilə bağlı layihəni Nazirlər Kabinetinə təqdim edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, Vergilər Nazirliyinin təklif etdiyi bütün dəyişikliklər layihədə nəzərə alınıb:
“Yəqin ki, yaxın günlərdə Nazirlər Kabineti tərəfindən əmək müqavilələrinin elektron bildiriş sistemi ilə bağlı qaydalar təsdiqlənəcək. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu prosesin aktiv fazasına keçəcək.
Biz iyunun 1-ə qədər bu prosesi yekunlaşdırmalıyıq ki, artıq iyulun 1-dən həm Azərbaycan prezidentinin sərəncamında iyulun 1-ə qədər qoyulan tapşırıqlar öz əksini tapsın, həm də bizim tərəfdən avtomatlaşdırılmış bazanın formalaşdırılması üçün texniki imkanlar yaradılsın. Bu işlər nəzarətdədir və qarşıdakı 2 ay ərzində bu proseslərin yekunlaşdırılmasına çalışacağıq”.
OXŞAR XƏBƏRLƏR