Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qubada müşavirə keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qubada müşavirə keçirdi
Bütün Xəbərlər
23:05 06.04.2012
1240
Bu gün Quba şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Sosial Xidmətlər Təşəbbüsü”nün Quba və İsmayıllı rayonlarında birgə həyata kezirdiyi “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov deyib ki, 2012-ci ildən etibarən ilk dəfə dövlət sifarişi əsasında Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) ilə birgə Bakı, Sumqayıt, Gəncə, Xazmaz və Şəkidə əlilliyi olan uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətlərinin pilot layihəsinin icrasına başlanılıb: “Layihə çərçivəsində hər iki rayonda yaradılaraq nəqliyyatla təmin edilmiş 4 nəfərlik səyyari xidmət dəstələri tərəfindən xidmət müəssisələrindən uzaqda, ucqar kəndlərdə yaşayan 3-12 yaşlı 120-dən zox əqli geriliyi olan uşaqlara öz evlərində mütəmadi qaydada ixtisaslaşmış icma əsaslı reabilitasiya xidmətləri göstərilib. Həmçinin onların valideynləri ilə maarifləndirmə işləri aparılıb, müvafiq hallarda uşaqlar reabilitasiya avadanlıqları ilə təmin edilib. Uşaqlardan 35 nəfəri üçün Fərdi Reabilitasiya və Qayğı Planı üzrə davamlı psixo-sosial xidmətlər göstərilib və onlardan əksər hissəsinin gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün onlarda zəruri bacarıq və vərdişlərin yaradılması məqsədinə nail olunub. Eyni zamanda, sosial xidmət müəsissəsinə verilmək riski yüksək olan 21 uşağın artıq internat evlərinə yerləşdirilməsi zərurəti aradan qalxıb”.Müşavirədə ölkəmizdə reabilitasiya xidmətinin səyyar modelinin özünü doğrultduğu və ölkənin digər bölgələrində də layihənin tətbiqi üçün artıq yetkin təcrübənin mövcud olduğu qeyd olunub. Həmçinin, “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrası işlərinin nəticələri barədə geniş məlumatlar verilib, səyyar şəkildə həyata keçirilmiş xidmətləri əks etdirən videoçarx nümayiş olunub. Aidiyyati hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri layihənin nəticələrini yüksək dəyərləndirərək, uşaqların dövlət müəsissələrinə düşməsinin qarşısının alınmasında alternativ qayğının əhəmiyyətindən, səyyar reabilitasiya xidmətlərinin sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təminatında rolundan söz açıblar. Daha sonra Quba rayonunun Alekseyevka kəndində yaşayan 6 yaşlı Elvin İsmayılova göstərilən səyyar reabilitasiya proqramına baxış olub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO