Əməkdar artist Arzu Əliyeva Prezident mükafatına layiq görülüb

Əməkdar artist Arzu Əliyeva Prezident mükafatına layiq görülüb
MAQAZİN
19:21 07.05.2026
377
İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir sıra aparıcı incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları təqdim olunub.
 
Mükafata layiq görülənlər arasında Respublikanın Əməkdar artisti Arzu Əliyeva da yer alıb.

Arzu Əliyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, Prezidentin onun fəaliyyətini dəyərləndirməsi, əməyinə dəyər verilməsi qiymətsiz hədiyyədir. Əməkdar artist bunun üçün ölkə başçısına təşəkkürünü bildirib. 
 
Aysel Hacızadə

 

 

 



OXŞAR XƏBƏRLƏR