xari

Əməkdar artist: “Səhhətimdə heç bir problem yoxdur”

MƏDƏNİYYƏT
10:42 19.02.2021
410

"Xəstəxanaya özüm getmişdim, çox yaxşıyam”.

AZXEBER.COM xəbır verir ki, bunu "Report”a açıqlamasında Əməkdar artist Kübra Əliyeva xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, səhhətində heç bir problem yoxdur: "Üzümdə yüngül narahatlıq vardı, onun üçün getmişdim. Bütün qohumlarım narahat oldular. Hər şey yaxşıdır. Bu yaxınlarda koronavirus əleyhinə vaksin də vurdurmuşam. Özümü normal hiss edirəm. Heç bir əks əlaməti olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar artist K.Əliyevanın vəziyyətinin ağırlaşdığı və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumatlar yayılıb.

OXŞAR XƏBƏRLƏR