Əməkdar məşqçi Əlizadə Əsədov vəfat etdi

Əməkdar məşqçi Əlizadə Əsədov vəfat etdi
İDMAN
00:47 28.06.2026
269
SSRİ idman ustası, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədov vəfat edib.

71 yaşlı Ə.Əsədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum sabah Lənkəran rayonunun Liman şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Əlizadə Əsədov Cənub bölgəsində boksun inkişafına mühüm töhfələr verib. O, Liman şəhərində öz evinin zirzəmisində yaratdığı boks məktəbində yüzlərlə gəncin yetişməsinə şərait yaradıb. Həmin məktəbdən çıxan idmançılar sonradan Azərbaycan, SSRİ və dünya səviyyəsində uğurlara imza ataraq çempion adını qazanıblar.

/Metbuat.az
OXŞAR XƏBƏRLƏR