“Əməkhaqqı artımı tibb xidmətinin keyfiyyətinə də təsir edəcək” – Deputat

“Əməkhaqqı artımı tibb xidmətinin keyfiyyətinə də təsir edəcək” – Deputat
SOSİAL
14:17 02.09.2026
175
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahələrinə xüsusi diqqət və qayğı göstərib”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

O bildirib ki, səhiyyənin ən çətin vaxtlarında biz Mehriban Əliyevanın dəstəyin şahidi olmuşuq:

"Ölkəmizin, xüsusilə də səhiyyənin ən çətin vaxtlarında biz Mehriban Əliyevanın dəstəyin şahidi olmuşuq. Minnətdarlıqla qeyd etməliyik ki, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, istərsə də Heydər Əliyev Fondunun dəstəyi ilə qeyd etdiyim sahələr üzrə çoxsaylı töhfələr verilib. Bu gün də möhtərəm Mehriban xanım Əliyeva Respublikamızın Birinci vitse-prezidenti kimi bu sahələrə xüsusi diqqət göstərir. Bunun məntiqi nəticəsi kimi, möhtərəm Mehriban xanım Əliyeva bugünlərdə nəcib bir missiya ilə, daha dəqiq desək, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Onun bu nəcib təşəbbüsü Respublikamızın Prezidenti İlham Əliyev tərəfindən müsbət qarşılanıb və bu təşəbbüsün reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verilib. Hesab edirəm ki, belə bir humanist qərar həm ölkəmizdə, eləcə də səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların tərkib hissəsi olmaqla, həm də dövlətimizin, Dövlət Başçısının həyata keçirdiyi davamlı sosial siyasətin göstəricisidir. Minnətdarlıqla qeyd etməliyik ki, möhtərəm Prezidentimizin bu tapşırığı TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. Əslində, ölkəmizdə son illərdə həyata keçirilən əməkhaqqı islahatı da dövlət siyasətinin təməlinin məhz sosial xarakterli olmasını sübut edir”.

Deputat bildirib ki, tibb işçilərinin əməkhaqlarının artırılması yalnız onların sosial rifahına deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına da müsbət təsir göstərə bilər:

"Bu qərar ölkə səhiyyəsinin gələcək inkişafına, əhaliyə daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə də öz müsbət təsirini göstərəcəkdir. Ümumiyyətlə, tibbi xidmətin keyfiyyətinin davamlı olaraq artırılması hər bir dövlətin təhlükəsizlik doktrinasının strateji istiqamətlərindən biri olan demoqrafik təhlükəsizliyin qorunmasında mühüm amillərdən biridir.

Bu nəcib təşəbbüs və bu təşəbbüs əsasında Dövlət Başçısının humanist qərarı, ilk növbədə, həkim və orta tibb işçiləri, bütövlükdə səhiyyə işçiləri üçün əlamətdar hadisə olmaqla, ölkəmizin sosial həyatına böyük töhfədir. Sözsüz ki, tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Belə ki, bu gün tibb işçisinə edilən investisiya, əslində, sabah Azərbaycan vətəndaşına göstəriləcək keyfiyyətli tibbi xidmətə edilən investisiyadır.

Bildiyimiz kimi, ölkəmizdə səhiyyə sahəsində əsaslı islahatlar çərçivəsində bütün bölgələrdə səhiyyənin zəngin maddi-texniki bazası yaradılıb və yüksək səviyyədə tibb təhsili almış güclü kadrlar yetişdirilib.

Yəni səhiyyə sahəsində bütün istiqamətlər üzrə kompleks və paralel islahatlar həyata keçirilməklə uğurlar əldə edilir. Bir daha qeyd etmək istərdim ki, müasir standartlara cavab verən xəstəxana tikməklə, ən son texnologiyaları əldə etməklə, müxtəlif ixtisaslar üzrə yüksək səviyyəli kadrlar yetişdirməklə bərabər, tibb işçilərinin maddi rifahı da artırılmalıdır.

Beynəlxalq təcrübədə də yüksək tibbi xidmətin əldə edilməsində əməkhaqqı siyasətinin böyük önəmi var. Etiraf etməliyik ki, bu gün ölkəmizin müxtəlif bölgələrində tibb kadrlarının çatışmazlığının səbəblərindən biri də əməkhaqlarının qənaətbəxş olmaması ilə əlaqədardır. Yəni qeyd etdiyim bu parametrlər bir-birlərini tamamlayaraq ölkə əhalisinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasına təsir edən amillərdəndir”.

Məlahət İbrahimqızı gələcəkdə bölgələrdə tibb kadrlarının çatışmazlığının qarşısının alınması üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqinin vacibliyini də vurğulayıb:

"Bugünkü nəcib təşəbbüs və bu təşəbbüs əsasında qəbul edilmiş qərar da bütün qeyd etdiyim parametrlərə ən yüksək səviyyəli cavabdır. Hesab edirəm ki, bölgələrdə tibb kadrlarının kritik çatışmazlığının qarşısının alınması üçün gələcəkdə də əməkhaqqının və digər stimullaşdırıcı mexanizmlərin tətbiqi və gücləndirilməsi davamlı olaraq aparılmalıdır.

Belə ki, dünyanın bütün ölkələrində ən yüksək əməkhaqqı alan tibb işçiləri əməklərinin qarşılığını aldıqda, dövlət və cəmiyyət tərəfindən qiymətləndirildiyini hiss etdikdə, onların göstərdiyi tibbi xidmət də yüksək olacaqdır. İnanırıq ki, gələcəkdə aparılacaq əməkhaqqı islahatında tibb işçilərinin peşəkarlığı, davamlı təhsili, fəaliyyət göstəriciləri və göstərdikləri xidmətin keyfiyyəti nəzərə alınacaqdır.

Yekun olaraq bildirmək istəyirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin qəbul etdiyi siyasi qərar ölkə ictimaiyyəti, xüsusilə də səhiyyə ictimaiyyəti tərəfindən dövlətimizin sosial siyasətinin tərkib hissəsi kimi yüksək qiymətləndirilir.

Fürsətdən istifadə edərək, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü kimi həm Respublikamızın Prezidentinə, həm də Respublikamızın Birinci vitse-prezidentinə sonsuz təşəkkürümü bildirirəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər
16:03 02.09.2026
Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər
100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR
15:53 02.09.2026
100 manatlıq əsginaslar illər ərzində necə dəyişib?- FOTOLAR
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
15:43 02.09.2026
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Magistraturada bəzi ixtisaslarda yerlərin 50%-i boş qaldı – DİM sədri
15:39 02.09.2026
Magistraturada bəzi ixtisaslarda yerlərin 50%-i boş qaldı – DİM sədri
MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO
15:35 02.09.2026
MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO
Gələcəkdə dəyərlənəcək investisiyanı hara edək? – ƏSAS MƏQAMLAR
15:31 02.09.2026
Gələcəkdə dəyərlənəcək investisiyanı hara edək? – ƏSAS MƏQAMLAR
"Dövlətin həkimə qayğısı, əslində, insan sağlamlığına və cəmiyyətin gələcəyinə qayğıdır"
15:29 02.09.2026
"Dövlətin həkimə qayğısı, əslində, insan sağlamlığına və cəmiyyətin gələcəyinə qayğıdır"
Vətəndaş bu səbəbdən öz mənzilinə girə bilmir: Bina rəhbərliyinin məsuliyyəti nədir?
15:22 02.09.2026
Vətəndaş bu səbəbdən öz mənzilinə girə bilmir: Bina rəhbərliyinin məsuliyyəti nədir?
"Çevik" ləqəbli "tiktok"çu döyüldü - Saxlanılan var
15:16 02.09.2026
"Çevik" ləqəbli "tiktok"çu döyüldü - Saxlanılan var
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
15:12 02.09.2026
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər
15:04 02.09.2026
Nəhəng platformalar Rusiyada cərimələndi: Milyonlarla rubl ödəyəcəklər
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
14:59 02.09.2026
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Bakıda ev alarkən bu ərazilərdən uzaq durmaq lazımdır
14:54 02.09.2026
Bakıda ev alarkən bu ərazilərdən uzaq durmaq lazımdır
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
14:50 02.09.2026
Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?
Bakıda “cin çıxaran” qadın saxlanıldı
14:47 02.09.2026
Bakıda “cin çıxaran” qadın saxlanıldı
Prezident BMT-nin rezident əlaqələndiricisini qəbul etdi - FOTOLAR
14:32 02.09.2026
Prezident BMT-nin rezident əlaqələndiricisini qəbul etdi - FOTOLAR