‘Emil Məmmədov öz cinayətkar əməllərinə siyasi don geydirmək istəyir’ - QHT rəhbəri

‘Emil Məmmədov öz cinayətkar əməllərinə siyasi don geydirmək istəyir’ -  QHT rəhbəri
Bütün Xəbərlər
15:18 16.05.2014
1856

“Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının (QHT) dövlət qeydiyyatı olmadan fəaliyyəti, bu sahədə bir çox problemlərə yol açır. Bəziləri heç bir hüquqi əsası olmadan özlərini QHT rəhbəri kimi təqdim edərək faktiki olaraq reketçilik fəaliyyəti ilə məşğul olurlar.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov özünü “Demokratiyaya yardım” İctimai Birliyinin rəhbəri kimi təqdim edən Emil Məmmədovun zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılmasına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Emil Məmmədov öz cinayətkar əməllərinə don geydirmək üçün məsələni hüquqi müstəvidən yayındırmağa çalışır:

“Azərbaycanda hər kəs QHT yarada və müstəqil şəkildə ictimai fəaliyyətlə məşğul ola bilər. Amma bu o demək deyil ki, dövlətin qanunlarını heçə almadan fəaliyyət göstərə və qanunsuz əməllərlə məşğul olasan. Görünür, Emil Məmmədov da Leyla Yunus və digərləri kimi rəhbərlik etdiyi təşkilatının qeydiyyata alınmasına ümumiyyətlə ehtiyyac duyamayıb. “QHT rəhbərləri”nin bu yolla vergidən yayınmaqları bir yana vətəndaşları təhrik edərək onlardan pul alması olduqca biabırçı hadisədir və belə adamlara vətəndaş cəmiyyəti insitutları arasında yer yoxdur.Emil Məmmədov müvafiq qurumlara açıqlaçmasından göründüyü kimi, konkret reketçilik fəaliyyəti ilə məşğul olub və öz layiqli cəzasını almalıdır”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR