Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni Emin Ağalarov iyunun 2-də "Zafferano" Terrasında "Eurovision" mahnı müsabiqəsinin qalibləri Eldar və Nigarın şərəfinə gecə təşkil edəcək. ANS PRESS-in müğənninin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, müğənni bu gecəni təşkil etməklə öz həmvətənlərinə dəstək vermək istəyir.
Qaliblər isə onlara birincilik qazandıran kompozisiyanı ilk dəfə olaraq Moskvada ifa edəcəklər.










































