Emin Ağalarov Moskva və Sankt-Peterburqda konsert verəcək

MƏDƏNİYYƏT
12:00 23.01.2012
2135
Tanınmış müğənni və bəstəkar Emin Ağalarovun Moskva və Sankt-Peterburq şəhərlərində təqdim edəcəyi konsert proqramlarının tarixi bəlli olub.AZXEBER.COM Emin Ağalarovun rəsmi saytına istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərindəki konsert fevralın 11-də “Lenkonsert”, eləcə də fevralın 13-də “Buz sarayı” salonlarında reallaşacaq. Müğənninin fevralın 14-də Moskvanın “Olimpiya” zalında keçiriləcək konsertində isə Rusiyanın tanınmış səhnə ulduzları da iştirak edəcək.Proqrama tanınmış müğənni və bəstəkarın hitləri ilə yanaşı, yeni mahnıları da daxil ediləcək.

OXŞAR XƏBƏRLƏR