Emin Hüseynov İctimai Televiziya Yayım Şurasını məhkəməyə verir

Emin Hüseynov İctimai Televiziya Yayım Şurasını məhkəməyə verir
MEDİA
13:20 23.04.2013
3738
Xəbər verdiyimiz kimi, bu gün İTV-nin yeni baş direktoru seçilib.İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.Yayım şurası üzvlərinin iştirakıyla keçirilən seçkilərdə İTV-nin rəhbəri hazırda “Mədəniyyət” telekanalının rəhbəri olan Cəmil Quliyev seçilib.AZXEBER.COM-un məlumatına görə, seçimdən öncə danışan direktorluğa namizəd Emin Hüseynov deyib ki, 2 gün ərzində seçkilər təyin etmək düzgün deyil: "2 gün öncə deyildi ki, bu gün seçkilər olacaq. Bu qanun pozuntusudur. Mən tələb edirəm ki, seçkilər təxirə salınsın. Çünki namizədlər arasında debatlar keçirilməli idi. Ancaq 2 günə bunu etmək mümkün deyil və bu səbəbdən namizədlər bir-birlərini tanımır".Yayım şurasının üzvləri Emin Hüseynovun təklifiylə razılaşmayıb və səsvermə baş tutub.Emin Hüseynov həmçinin deyib ki, bəzi mətbuat orqanlarında cümə günü namizədlərin qəbulu yekunlaşandan sonra Cəmil Quliyevin artıq rəhbər təyin olunduğu barədə xəbərlər var idi.Səsvermə bitəndən sonra çıxış edən RATİ sədri seçkiləri ədalətsiz adlandırıb və yayım şurasının üzvlərinin əlaqə nömrələrini istəyib. Emin Hüseynov yaxın günlərdə səsverməylə bağlı məhkəməyə müraciət edəcəyini də deyib.
OXŞAR XƏBƏRLƏR