Emin Hüseynov saxlanıldı

Emin Hüseynov saxlanıldı
Bütün Xəbərlər
17:15 08.08.2014
1286
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov da saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində dostları məlumat verib.

Xatırladaq ki, hazırda Baş Prokurorluğun əməkdaşları RATİ-nin ofisində axtarış aparır.

***

Meydan TV-nin məlumatına görə, RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına da qadağa qoyulub. O, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb.

OXŞAR XƏBƏRLƏR