Emin Milli İsa Qəmbərdən nə istəyir? - Siyasi qalmaqal böyüyür

Emin Milli İsa Qəmbərdən nə istəyir? - Siyasi qalmaqal böyüyür
Bütün Xəbərlər
15:36 28.08.2012
970
Emin Millinin “2003-də niyə meydana çıxmadız” sualı İsa Qəmbər tərəfindən cavabsız buraxılıb.  Bloqqer Emin Milli xarici mətbuata müsahibəsində Azərbaycan müxalifətini tənqid edib. Müxalifəti səhvləri etiraf etməməkdə günahlandıran Emin Milli müsahibəsinin bu hissəsini «Bizim niyə zəif müxalifətimiz var?» sərlövhəsi ilə öz bloquna da yerləşdirib. «Mən müsahibəmdə suallar qoymuşdum. Birinci məsələ müxalifətin lider problemi ilə bağlı idi. Sonra müxalifət liderlərinin xalqın qarşısında hesabat vermələri, xüsusilə də Müsavat başqanı İsa Qəmbərin 2003-cü ildə prezident seçkisindən sonra meydana çıxanlara qoşulmamağı ilə bağlı idi. Əslində belə reaksiyaları gözləmirdim. Hətta İlham Əliyevi tənqid edəndə, bu qədər hücuma məruz qalmamışdım. Məni təhqir edənlər oldu, hətta ələ saldılar. Mövzuya aid olmayan müzakirələr baş aldı» deyə, bloqqer müsahibəsi haqqında danışıb. KRİTİK MƏQAMLARDA LİDERİN MEYDANDA OLMAMASI CİDDİ EYİBDİREmin Milli deyir ki, onun sualı İsa Qəmbərə idi və təəssüflənir ki, uzun-uzadı müzakirələr getsə də, Müsavat başqanı ona cavab verməyib. Deyir ki, başqa müsavatçılar, o cümlədən Hikmət Hacızadə ona cavab yazıb. Deyib ki, İsa Qəmbərin 16 oktyabr hadisələrində meydana çıxmamağına səbəb onun təhlükəsizliyi ilə bağlı qərarı olub:
OXŞAR XƏBƏRLƏR