Emin Milli ‘Meydan’da tək qaldı - TƏHLİL

SİYASƏT
13:55 25.04.2013
4104

Xəbər verdiyimiz kimi, blogger Emin Millinin yeni layihəsi olan “Meydan” TV fəaliyyətə başlayıb.

İnternet televiziyanın təsisçiləri xarici ölkələrdə yaşayan gənclərdi. Bu insanların xəbərlərin obyektivliyi isə sual altındadır.

“Meydan” TV haqqında sosial şəbəkə istifadəçiləri nə düşünür?

Emin Millinin yaratdığı Meydan TV sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Millinin adaşı Emin Kərimov adlı gənc maraqlı bir şərh yazıb : “Emin bütün Avropanı dolaşıb, bir-bir pul dilənir, guya ki televiziya düzəldir. Bir aydan sonra da durub deyəcək ki, kanal bağlandı və bunu dövlət etdi. Amma pulu özü mənimsəyəcək. Bu hal birinci dəfə deyil”

Pərviz Əlioğlu adlı “facebook” istifadəçisi isə, Emin Millinin Azərbaycanla Almaniya arasında olan münasibətindən istifadə etdiyini və buna görə ölkəni zərbə altına qoymaq haqqında düşündüyünü yazıb:

“Bu Milli oğlan rəhmətlik Çingiz Mustafayevdən də patriot deyil ki? Emin Millinin Almanyanın desantı olduğu əvvəldən məlumdur. Almaniyanın dövlətimizlə münasibətlərdə sıxıntıları olduğunu hamımız bilirik. Almaniya Azerbaycanı qaralama politikasında israrlılığını göstərir. Emin Milli isə bundan istifadə edərək özünü irəli verir. Çox təssüf ki, bu yalana inanan azerbaycanlılarımız da var”.

Sosial şəbəkələrdəki söhbətlərə nəzər yetirdikdə də “ Meydan TV” nin gələcək fəaliyyətinin qaranlığı olduğu görünür.

Millinin güvəndiyi dağlara qar yağdı ?!

Emin Millini Almaniyanın desantı kimi düşünsək, o zaman onun Azərbaycan haqqında verəcəyi xəbərlərin xalqımızın deyil, daha çox Almaniyanın maraqlarına xidmət edəcəyi artıq indidən bəllidir.

Maraqlı olan bir digər məqam isə, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda “Meydan TV”nin fəaliyyətə başlaması ilə bağlı Eminin “mübarizə dostları”ndan heç bir dəstəyin gəlməməsidir. Yaxın keçmişdə “Əsgər ölümünə son” adlı aksiya zamanı gənclərin meydana yığışdığı gün, Eminin Praqada oturub kofe içməsi görünür onun “mübarizə dostları”nı da küsdürüb. Maraqlıdır ki, aparıcı müxalifət qəzətləri də Eminin bu layihəsinə “dırnaqarası” yanaşır.

Bu “Meydan”da kimlər olacaq?

“Meydan” TV-nin ətrafına toplaşan şəxslərdən biri də illərdir Almaniyada Azərbaycan dövləti əleyhinə ağız dolusu danışan bir nömərli alman desantı – Həbib Müntəzirdi. Adıçəkilən şəxsin fəaliyyəti yalnız “Facebook” sosial şəbəkəsiylə məhdudlaşır. Bu həmin Həbib Müntəzirdir ki, Amerika departamentinin saytında Xocalı ilə bağlı keçirilən səsverməyə əleyhinə çıxış edirdi. Saytın təsisçilərdən biri də repçi Caman Əlidir. Hökümət əleyhinə etiraz aksiyasına əlində pivə ilə çıxaraq, sərxoş halda aksiya iştirakçılarının ünvanına təhqirlər yağdıran Camal, jurnalistikaya yeni televiziya ilə gəlmək istəyir. Sonda qeyd edək ki, bütün həyatları boyu cəhdləri uğursuzluğa düçar olan bu insanlardan nəsə gözləmək çox gülünc olar. Artıq indidən bəllidir ki, Emin Milli və dostları “Meydan”da tək qalacaq. Bir sözlər Eminin yaratdığı televiziyada “milli”likdən əsər-əlamət olmayacaq.

Cavid Süleymanov 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb