''Emin Milli, yaradacağın TV-nin adını 'Meydan' yox, 'Madyan' qoy'' - Elşən Musayev

Bütün Xəbərlər
17:45 18.04.2013
2162

Əgər özünü Azərbaycan gəncliyinə aid bilən, bu məmləkətin üzvu sayan biriləri öz ölkəsindəki sabit durumu gərginləşdirmək, insanları bir-birinə qarşı qoymaq üçün əllərindən gələni əsirgəmirsə, o zaman belələrinə “yazıqlar olsun”dan başqa deyiləcək bir söz qalmır.

Və belə bir durumda hər kəsin bilməsi, dərk etməsi gərəkən bir nüans da var: həmin insanların, tarix, millət, dövlətçilik qarşısındakı günah və mənəvi yük payı hər nə qədərdirsə, onların etdiklərini görməzdən keçənlərin, cavab vermək əvəzinə susanların, bu neqativ presidentə, anti-milli addımlara etinasız yanaşanların məsuliyyəti də ən az iki o qədərdir. AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev son günlər Azərbaycan iqtidarına qarşı davamlı və hədələyici bəyənatlarla çıxış edən Emin Millinin ünvanına söyləyib.Politoloq daha sonra bunları əlavə edib:“Bu adamın öz personasından qəhrəman düzəltmək istəyi hələ yaxın keçmişdə fiaskoya uğrayıb. Bunu artıq özü də dərk və hiss etmiş durumdadır. Elə bu səbəbdəndir ki, Emin Millinin timsalında hər gün sərgilənən yeni-yeni ”foks”ları, əcaib təkəbbür nümunələrini, sərsəm və rabitəsiz bəyənatları izləmək məcburiyyətində qalmışıq. Həm də ideya, məfkurə xəttini görmədən və sezmədən!Hər yerdən əli üzülüb, indi də səsi erməni mətbuatından gəlir. Düşmən meydanına girib öz aləmində kimlərəsə göz dağı verir, söz burcudur, siyasət xırdalayır.Qarabağdan, işğal altında olan Azərbaycan torpaqlarından danışası, “d” hərfindən belə xəbərdar olmadığı demokratiyadan dəm vurur, dünyaya həmrəylik dərsi keçir, gəncliyə pafoslu mesajlar göndərir.Budurmu millilik? Budurmu Azərbaycan gəncliyinə təklif edilən alternativ, etallon, istiqamət? Emin anlamırmı ki, erməni mətbuatına, erməni ictimai rəyinə onun dedikləri sərf etməsə, söylədikləri arasında Azərbaycan əleyhinə məqamlar yer almasa düşmən tərəf əsla və əsla önun fikirlərini ön plana çəkməz və bu cür cəlbedici təkliflərdə bulunmaz?Ya da sual olunur: Hardandır bu insanlarda belə bir tonnajlı, həcmli erməni sevgisi? Əkrəm-Rüstəm-Emin triosunu kimlər idarə edir?Doğulub boya-başa çatdıqları dövlətə, mənsub olduqları millətə qarşı bu qədər acımasızcasına qənim kəsilməyin səbəbi nədir? . Bəlkə çox ciddi səbəbləri var, sadəcə biz bilmirik?Dünən də, mətbuatda xəbər lentlərinə baxıram ki... özü kimi bir-iki “cüvəllağı”nı yanına alıb, TV açır. Adını da “Meydan”qoyub. Ardınca da açıqlama yayır ki, hələ planlarımız və qərarlaşdığımız yer haqqda təfsilatlı məlumat yaya bilmirəm, çünki bunu etmiş olsam təhlükəsizliyimiz zərbə altında qalar. Payatonnan! – daha nələr! Adama deyən lazım ki, bu dövlət, bu hakimiyyət məgər o qədərmi zəiflədi , sarsıldı ki, sənin tək uğursuz siyasətçinin-Eminciyəzin əlində əsir-yesir qalsın? Və ya fəaliyyətində soyadından əsər-əlamət olmayan Milliyə görəsən heçmi xatirladan olmayıb ki, a bala sən kimsəyə lazım deyilsən, get işinlə məşğul ol, nə bu millətdən, nə də özündən heç narahat olub-eləmə, sənin varlığın və yoxluğun heç nəyi dəyişmir?Nə isə... Ən sonda Eminə bir yaradıcı ideya da verib fikrimi bitirim: Yaratmağa çalışdığın TV-nin adını”Meydan” deyil, “Madyan”qoy. İnan ki, bu sənin həm xislətinə, həm ideya xəttinə, həm də təyinatına daha uyğun olar. Ayrıca, belə olan halda özünə bənzəyən bir-iki dostun da bekar qalmaz. Ara-sıra çıxıb efirdə əyləndirərlər bizi”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama