Əmisi Anar Məmmədovun müdafiəsinə qalxdı

Əmisi Anar Məmmədovun müdafiəsinə qalxdı
Bütün Xəbərlər
13:43 26.11.2012
1624

Noyabrın 14-də Azərbaycan-Amerika Alyansının (AAA) təşkilatçılığı ilə Vaşinqtonda Azərbaycanla bağlı təntənəli tədbir keçirilib. Amerika mətbuatının yazdığına görə, 700 nəfərin iştirakı ilə dəbdəbəli ziyafətə Ağ Evin təmsilçiləri və diplomatik korpusun nümayəndələri qatılıb.Müxalifət mətbuatında isə Anar Məmmədovun rəhbərlik etdiyi təşkilatın tədbirinə nüfuzlu diplomatların qatılması demokratiya adına utanc gətirən hadisə kimi qiymətləndirilir.

Qaynar.info-ya açıqlamasında Anar Məmmədovun əmisi, Milli Məclisin deputatı Elton Məmmədov bildirdi ki, iddialı bir Azərbaycan gəncinin keçirdiyi tədbirə kölgə salmaq, bunu demokratiya adına utanc gətirən hadisə kimi təqdim etmək insanlığa yaraşmayan bir hərəkətdir:“Anar Məmmədov gənc fəal kimi Azərbaycan həqiqətlərinin dünyaya yayılması, milli mənəvi dəyərlərimizin təbliği istiqamətində ciddi səylə çalışır. İndiyə qədər bu istiqamətdə xeyli uğurlara da imza atıb. Onun rəhbərlik etdiyi Azərbaycan-Amerika Alyansının (AAA) təşkilatçılığı ilə Vaşinqtonda Azərbaycanla bağlı təntənəli tədbirin keçirilməsi, tədbirə nüfuzlu Amerika diplomatlarının qatılması kifayət qədər ciddi addımdır. Müxalif mətbuatında isə Anar Məmmədovun uğurları qısqanclıqla qarşılanır və onlar hər vəchlə onu ləkələməyə çalışırlar. Mən hesab edirəm ki, Anar Məmmədovun keçirdiyi tədbir yox, “Yeni Müsavat” qəzetinin mövcudluğu demokratiya adına utanc gətirən hadisədir”.

// Azər Niftiyev, QayNar

OXŞAR XƏBƏRLƏR