Çempionlar Liqası bərpa olunur

İDMAN
17:24 06.08.2020
731
Sabah Çempionlar Liqasının 2019/20 mövsümü bərpa olunacaq.

AZXEBER.COM saytının məlumatına görə, 5 aylıq fasilədən qitənin ən nüfuzlu klub turnirində 1/8 finalın cavab oyunları çərçivəsində 4 matç keçiriləcək.

İki günü əhatə edəcək bu qarşılaşmalardan sonra Portuqaliyada təşkil olunacaq həlledici mərhələnin bütün iştirakçıları bəlli olacaq. 1/4 finaldan başlayaraq bütün görüşlər eyni ölkədə keçiriləcək.

İlk oyun günündə "Yuventus” "Lion”u, "Mançester Siti” "Real”ı qəbul edəcək. Turindəki görüşdə meydan sahibləri ilk oyundakı minimalhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Digər qarşılaşmada isə qonaq komanda revanş üçün mübarizə aparacaq.

Ertəsi gün daha iki 1/4 finalçı müəyyənləşəcək. Səfərdə rəqibini darmadağın edən "Bavariya”nın "Çelsi”ni keçməsi şübhə doğurmur. "Barselona” isə İtaliyada heç-heçə oynadığı "Napoli”ni qonaq edəcək.

Qeyd edək ki, Çempionlar Liqasında 1/4 final oyunları avqustun 12-13-də keçiriləcək.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
7 avqust

23:00. "Yuventus” (İtaliya) – "Lion” (Fransa)
Baş hakim: Feliks Zvayer (Almaniya)
Turin. "Yuventus” stadionu
İlk oyun – 0:1

23:00. "Mançester Siti” (İngiltərə) – "Real” (İspaniya)
Baş hakim: Feliks Brix (Almaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 2:1

8 avqust
23:00. "Bavariya” (Almaniya) – "Çelsi” (İngiltərə)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. "Alyans Arena”
İlk oyun – 3:0

23:00. "Barselona” (İspaniya) – "Napoli” (İtaliya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Barselona. "Nou Kamp” stadionu
İlk oyun – 1:1

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri

21:59 27.10.2020

Leyla Abdullayeva “Haber Global”a erməni terrorçularının Bərdəyə raket hücumu haqqında danışıb - VİDEO

21:35 27.10.2020

Ermənilərin işğal olunan ərazilərdən çıxarkən qoyub getdiyi və yiyə durmadığı qocalar – FOTO

21:27 27.10.2020

Türkiyənin Ədalət və İnkişaf partiyasının sözçüsü: “Azərbaycan Vətən müharibəsi aparır”

21:22 27.10.2020

Ermənilərin bu gün Bərdədə öldürdüyü 7 yaşlı Aysunun - Fotosu

21:17 27.10.2020

Müdafiə Nazirliyi: Azərbaycan ordusu Xocavənd və Laçını atəşə tutmur

21:01 27.10.2020

Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu

20:40 27.10.2020

Prezidentin köməkçisi: “Ermənilər bizi vadar edir ki, ordumuz sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”