Ən aktiv seçici fəallığı Quba, Qusar, ən zəifi isə Gəncədədir

Ən aktiv seçici fəallığı Quba, Qusar, ən zəifi isə Gəncədədir
Bütün Xəbərlər
15:41 23.12.2014
574
İndiyə qədər ən çox seçici fəallığı 51 saylı Qusar, 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb.
 Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə 37, 38, 39, 40 saylı Gəncə seçki dairələrində qeydə alınıb.
Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir.
Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir.
Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir.
Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR