Məlumata əsasən, Qoç bürcü tez qərar verməsi və emosiyaları açıq şəkildə idarə edə bilməməsi ilə diqqət çəkir. Bu isə bəzən düşünülməmiş söz və davranışlara gətirib çıxarır.
Əkizlər bürcü isə dəyişkən xarakteri ilə tanınır. Onların tez fikrini dəyişməsi və münasibətlərdə sabit qalmaması qarşı tərəfdə məyusluq yarada bilər.
Əqrəb bürcü emosional baxımdan dərin olsa da, incikliyi uzun müddət unutmadığı üçün sərt reaksiya verə bilir. Bu da münasibətlərdə kəskin qırılmalara səbəb olur.
Oğlaq bürcü isə daha çox məntiqə üstünlük verir. Emosiyaları arxa plana keçirməsi bəzən soyuq və laqeyd təsir bağışlayır.











































