Ən nazik planşet istehsal edildi

Ən nazik planşet istehsal edildi
Bütün Xəbərlər
12:34 17.02.2012
1533
Toshiba şirkəti 10,1 düymlü hazırda ən nazik və ən yüngül REGZA AT200 planşet kompüter buraxdığını elan edib. Android 3.2 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun korpus qalınlığı cəmi 7,7 mm, çəkisi 558 qram təşkil edir. Cihazın ilk nümayişi yanvarda Las-Veqasda keçirilən CES 2012 beynəlxalq sərgisi zamanı olub.REGZA AT200 planşetində 1,2 giqahers takt tezlikli TI OMAP 4430 prosessor quraşdırılıb və operativ yaddaşın həcmi 1 giqabayt təşkil edir, eləcə də 16 və 32 giqabayt daxili fleş-yaddaş və microSD/SDHC formatlı toplayıcıların qoşulması üçün slotla təchiz edilib.Qurğuda 5 meqapikselli əsas və ikinci ön kamera, Wi-Fi və Bluetooth modulları, Micro HDMI və Micro USB 2.0 portları yer alıb.
OXŞAR XƏBƏRLƏR