Ən yüksək sosial yardımı onlar alır - SİYAHI

Ən yüksək sosial yardımı onlar alır - SİYAHI
SOSİAL
00:35 22.08.2026
284
2026-cı il iyulun 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının bir nəfərə düşən orta aylıq məbləği açıqlanıb.

AZXEBER.COM Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, rayon və şəhərlər arasında ən yüksək göstərici Ağdərə rayonunda qeydə alınıb.
 
Burada bir nəfərə düşən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği 112,45 manat təşkil edib.
 
Rayon/şəhər üzrə 1 nəfərə düşən orta aylıq məbləğ
 
Ağdərə rayonu - 112,45 manat
 
Astara rayonu - 100,82 manat
 
Ağcabədi rayonu - 100,49 manat
 
Quba rayonu - 100,47 manat
 
Ucar rayonu - 100,06 manat
 
Masallı rayonu - 99,93 manat
 
Göyçay rayonu - 99,70 manat
 
Sabirabad rayonu - 99,66 manat
 
Şəki şəhəri - 99,65 manat
 
Cəlilabad rayonu - 99,36 manat
OXŞAR XƏBƏRLƏR