Ən zəngin azərbaycanlı varislər - SİYAHI

Ən zəngin azərbaycanlı varislər - SİYAHI
Bütün Xəbərlər
15:08 26.05.2015
8847
“Forbes” jurnalı Rusiyanın ən zənginlərinin - korporasiya və holdinq sahiblərinin varisi olacaq övladları haqda material hazırlayıb. 
Modern.az saytı xəbər verir ki, gələcəkdə biznes sükanını öz atalarından alacaq varislər arasında Rusiyada bizneslə məşğul olan azərbycanlı iş adamlarının da adı var.
Onları təqdim edir.
Yusif Ələkbərov- 1990-cı ildə anadan olub. “Lukoyl” şirkətinin bakılı təsisçisi Vahid Ələkbərovun yeganə övladı Rusiyanın ən zəngin varislərindən biri sayılır. “Lukoyl” şirkətində çalışsa da, Yusif Ələkbərovun vəzifəsi və fəaliyyəti barədə informasiya verilmir. Qubkin adına Rusiya Neft və Qaz Universitetini bitirən Yusif Ələkbərov sonuncu dəfə ictimaiyyət qarşısına 2014-cü ilin dekbarında Koqalımda İmilor neft yatağının istismara verilməsi zamanı çıxıb.
“Forbes” jurnalının məlumatına görə, hazırda Yusif Ağalarov “Lukoyl”un almaz çıxarılması ilə məşğul olan “Arxangelskgeodobıça” şirkətinə rəhbərlik edir.
“Forbes” jurnalının açıqladığı son statistika Vahid Ələkbərovun 12,2 milyard dollar sərvətlə ən zəngin 6-cı rusiyalı iş adamı olduğunu göstərir.
Emin Ağalarov– 1979-cu ildə Bakıda anadan olub. 4 yaşı olarkən ailəlikcə Moskvaya köçüblər. Məktəbi İsveçrədə, universiteti isə ABŞ-da (Merimaunt Manhetten kollec) bitirib. Tələbəlik illərində eBay-da Rusiyada istehsal edilən özünəməxsus məhsulların - “Polet” saatlarının, matroşkaların və s. satışı ilə məşğul olub.
21 yaşı olarkən atası Araz Ağalarovun yaratdlığı “Crocus Group” şirkətində fəaliyyətə başlayıb. Hazırda Vegas şəbəkəsinin, “Korikus siti holl” konsert mərkəzinin fəaliyyətinə nəzarət edir.
“Atam mənə şəxsi biznesimi təşkil etmək üçün tam sərbəstlik verib. Krteditlər götürmüşəm və atam bir dəfə də olsun mənim pulları hara xərclədiyimi soruşmayıb. Özümə lazım bildiyim zaman ona danışıram. Məsələləri biz partnyor və dost kimi həll edirik, ata və oğul kimi yox”.
Araz Ağalarov“Forbes” jurnalının açıqladığı son statistikada ən zəngin 46-cı rusiyalı iş adamı hesab olunur. Onun sərvəti 1,9 milyard dollar təşkil edir.
Ələkbər İsmayılov– 1984-cü ildə anadan olub. İsveçrənin Franklin kollecini bitirib. “AST” şirkətinin həmtəsisçilərindən biridir. 2014-cü ildə Telman İsmayılov yaratdığı “AST” şirkətinin səhmlərini oğulları Ələkbər, Sərxan İsmayılova və bacısı oğlu Zaur Mərdanovun adına keçirib. Telman İsmayılovun özü isə yalnız “AST” şirkətinin fəxri prezidenti postunu əlində saxlayıb.
Sərxan İsmayılov– 1985-ci ildə anadan olub. 2010-cu ildə Qroznının “Terek” klubunun vitse-prezidenti seçilib. Hazırda qardaşı və bibisi oğlu ilə birlikdə “AST” şirkətinin sahibidir.
“AST” şirkətinin fəxri prezidenti Telman İsmayılovun şəxsi sərvəti 2015-ci ilin son statistikasına görə 600 milyon dollardır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
01:03 09.08.2025
İlham Əliyev, Tramp və Paşinyanın imzaladıqları Birgə Bəyannamənin - Tam mətni
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"