Ennio Morikonne 92 yaşında vəfat etdi

MƏDƏNİYYƏT
10:55 06.07.2020
1438
Məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone dünyasını dəyişib

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, bəstəkar bu gün 92 yaşında vəfat edib.

Qeyd edək ki, Ennio kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşmışdır. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. 

Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı olmuşdur. 

Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olmuşdur.Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım hec kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı.

OXŞAR XƏBƏRLƏR

X Mostbet