Ər arvadını uşaqlarının gözü önündə döydü, sonra siçan dərmanı içdirdi - FOTO

Ər arvadını uşaqlarının gözü önündə döydü, sonra siçan dərmanı içdirdi -  FOTO
Bütün Xəbərlər
13:40 09.06.2014
1624
Qafarov 6 uşaq anasını öldürmək üçün siçan dərmanından istifadə edib.
Cəlilabad rayonunda ailə dramı baş verib.
AZXEBER.COM Anspress-ə istinadən xəbər verir ki, rayonun Babaxanlı kəndində ər arvadını öldürmək istəyib. Kişi bunun üçün ən sadə üsula əl atıb.
Belə ki, Babaxanlı kənd sakini 45 yaşlı Əlisahib Əziz oğlu Qafarov evdə övladlarının gözü qarşısında həyat yoldaşı Fəxriyyə Hıcağa qızı Əliyevanı döyüb. Daha sonra onu siçovulların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş zəhər içməyə məcbur edib. Nəticədə qadın kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlər Fəxriyyə Əliyevanın həyatını xilas edə bilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, zərərçəkən Fəxriyyə Əliyevanın ona qəsd etməyə çalışan ərindən 6 övladı var.
Hazırda faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR