Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gün Binəqədi rayonunda qeydə alınıb. İman Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobili maneyəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Svetlana Bəşirova ölüb.












































