Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şimal hissəsində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanının ətrafında qatı qara tüstü dumanı müşahidə olunub.
Bu barədə "Sabereen news" məlumat yayıb.
İlkin məlumata görə sözügedən bölgədəki yanacaq saxlama bazası hücuma məruz qalıb. Hadisədən bir müddət əvvəl ölkənin mülki müdafiə qüvvələri Ər-Riyad və Əl-Xarc şəhərlərində yaşayan əhaliyə bir neçə dəfə təhlükə siqnalları göndərsə də, sonradan bu xəbərdarlıqlar ləğv edilib.











































