Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar bəlli olub

Ər-Riyadda Ukrayna münaqişəsi ilə bağlı əldə edilən razılaşmalar bəlli olub
DÜNYA
20:52 25.03.2025
620
Ukrayna və ABŞ Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, eləcə də enerji infrastrukturuna hücumların dayandırılması barədə razılığa gəliblər.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Ər-Riyadda danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov deyib.

"Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqini dayandırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin Ukrayna və Rusiyanın enerji infrastrukturuna hücumların tam dayandırması ilə bağlı da razılıq əldə olunub”, - deyə o bildirib.

R. Umerov Rusiyanın hərbi gəmilərinin Qara dənizin şərq hissəsindən kənara hərəkətinin bu sazişin ruhunun pozulması kimi qiymətləndiriləcəyini və Kiyev tərəfindən Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini vurğulayıb.

Bundan əlavə, o qeyd edib ki, tərəflər üçüncü ölkələrin dəniz və enerji sazişlərinin həyata keçirilməsinə dəstək üçün cəlb olunmasını alqışlayıblar. ABŞ da məhbusların əsir və girovların azad edilməsini dəstəklədiyini təsdiqləyib.

"Sazişlərin səmərəli həyata keçirilməsi üçün onların icrası, monitorinqi və nəzarəti ilə bağlı bütün detalları razılaşdırmaq üçün mümkün qədər tez əlavə texniki məsləhətləşmələrin aparılması vacibdir”.

Kreml isə bildirib ki, Rusiya və ABŞ prezidentləri arasında əldə edilən razılaşmaya əsasən, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi və kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınması, eyni zamanda belə gəmilərin yoxlanılması yolu ilə müvafiq nəzarət tədbirlərinin təşkili barədə razılığa gəliblər.

Rəsmi Moskva vurğulayıb ki, Qara dənizlə bağlı sazişlər Rosselxozbank və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər banklardan sanksiyalar götürüldükdən sonra qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT MDB ölkələri üzrə iqtisadi artım proqnozunu yeniləyib
11:02 19.09.2026
BMT MDB ölkələri üzrə iqtisadi artım proqnozunu yeniləyib
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi - VİDEO
10:36 19.09.2026
DİN antiterror əməliyyatı ilə bağlı paylaşım etdi - VİDEO
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
10:30 19.09.2026
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
10:21 19.09.2026
Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
10:19 19.09.2026
Hasil Abbasov bu xanıma yüksək vəzifə verdi
Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
10:19 19.09.2026
Həbsdə ölən sabiq icra başçısının binası - Satışa çıxarıldı
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
07:39 19.09.2026
"Fənərbağça"nın müdafiəçisi məşqi yarımçıq tərk etdi - Səbəb
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
05:21 19.09.2026
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO