Ərdəbildə zəlzələ olub

Ərdəbildə zəlzələ olub
Bütün Xəbərlər
12:48 28.11.2013
670

Bu gün İranın Ərdəbil vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Ərdəbil vilayətinin Xalxal şəhərinə təsadüf edib.

2.6 bal gücündə olan zəlzələ noyabrın 28-də Bakı vaxtı ilə saat 12:12-də (Tehran vaxtı ilə 11:42-də) yerin 19 km dərinliyində meydana gəlib. Təbii fəlakət Xalxaldan 10 km, Kolordan 21 km və Gividən 26 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR