Buna səbəb isə CHP liderinin aprelin 24-də seçki kampaniyası çərçivəsində Samsun və Batman şəhərlərindəki çıxışıdır. Kılçdaroğlu həmin mitinqlər zamanı baş nazir haqqında “sənin oğurladığın pulun yarısına qənaət etsək, məmləkət gül-çiçək içində olar” deyib. Ərdoğanın vəkilləri iddia edir ki, CHP liderinin məqsədi bu ifadələrlə baş naziri aşağılamaq və xalqın kin və nifrətinə məruz qoymaq olub. Baş nazir CHP sədrindən 40 min lirə təzminat istəyir.