Türkiyənin "Gülhanə" Hərbi Tibb Akademiyasının (GHTA) təntənəli buraxılış mərasimində Baş nazir Rəcəb Tayyib Ərdoğan Akademiyanı fərqlənmə ilə bitirən azərbaycanlı məzun leytenant Hikmət Səhratovu diplomla təltif edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, ailənin səkkizinci övladı olan Səhratov orta təhsilini Azərbaycanda alıb və daha sonta GHTA-ya daxil olub.
Buraxılış mərasimində habelə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək, Türkiyə SQ Baş Qərargahının rəisi Necdət Özər və digər yüksəkrütbəli hərbçilər iştirak ediblər.