Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib - VİDEO

Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib - VİDEO
Bütün Xəbərlər
02:57 24.09.2011
1753
Baş nazir Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib. Ərdoğan beynəlxalq birliyə, BMT-yə, İsrailə və Kıbrıs rum icmasına sərt mesajlar verib. Baş nazir BMT-nin bəşəriyyətin ümidlərini, insanlığın gələcəyini təhdid edən qorxulara qalib gələcək bir liderlik nümayiş etdirmədiyini söyləyib. Qeyd edib ki, BMT müəyyən ölkələrin mənafeləri və diqtəsi istiqamətində deyil, bütün insanların hüquqlarını müdafiə etmək istiqamətində yenidən formalaşmalıdır. Afrikadakı aclıq fəlakətinə toxunan Ərdoğan "Somalinin fəryadını eşitməyən dünyada kimsə sülhdən, ədalətdən, mədəniyyətdən danışa bilməz" deyib: "Somalidə gördüyüm yoxsulluğu və acını izah etməm mümkün deyil. Bir loxma çörək və bir damcı su ehtiyacı ödənmədiyi üçün on minlərlə uşağın öldüyü Somali faicəsi bir neçə kəlmə və ya cümləylə üstündən keçiləcək məsələ deyil və beynəlxalq birliyin üz qarasıdır". Beynəlxalq birliyin Somalidə yaşanan acını sanki film kimi laqeydcəsinə izlədiyini bildirən Ərdoğan "insanlığımızın test edildiyi bu foto ilə təcili üzləşməliyik" deyib. Ərdoğanın çıxışında ən önəmli hissə İsraillə münasibətlərə ayrılıb. Baş nazir BMT kürsüsündən İsrailə səslənib: "Sülhün yerinə qoyula biləcək heç bir şey yoxdur. Bu gün qarşılaşdığınız məsələ yalnız bəsit bir "təhlükəsizlik üçün sülh" məsələsi deyil. Yaxın Şərqdə yaşarmağa başlayan yeni siyasi və bəşəri coğrafiyanı doğru oxuyaraq davamlı toqquşma və ixtilaf siyasətini davam etdirmənin mümkün olmayacağını görməlisiniz." Baş nazir BMT-nin Yaxın Şərqlə bağlı qərarlarının heç birinin yerinə yetirilmədiyini vurğulayıb: "İsrail bu günə qədər direktiv xarakterli 89 qərarı yerinə yetirməyib. Bundan əlavə, BMT-nin qəbul etdiyi, ancaq İsrailin heçə saydığı yüzlərlə qərar var. Daha da acı olan BMT-nin Fələstin xalqının yaşadığı insanlıq dramının sona çatmasını təmin edəcək heç bir addımı ata bilməyəcək qədər aciz qalmasıdır". Ərdoğan bölgədəki problemin İsrail hökumətinin mövqeyindən qaynaqlandığını bildirib: "Bu ölkəni idarə edənlər sülh üçün lazımi addımı atmaq əvəzinə hər gün sülhün qarşısına bir maneə çıxarmaqdadırlar. İşğal altında olan Fələstinin torpaqlarıdır, İsrail torpaqları deyil. Qeyri-bərabər gücdən istifadə edən İsraildir, amma sanksiya tətbiq olunmayan yenə İsraildir". Türkiyə hökumətinin rəhbəri çıxışında Fələstinin BMT üzvü kimi tanınmasının vacibliyini vurğulayıb: "Türkiyənin Fələstin dövlətinin tanınması üçün verdiyi dəstək qeyd-şərtsizdir". Ərdoğan beynəlxalq birliyi son günlərdə Aralıq dənizində vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atan Kıbrıs rum tərəfini dayandırmağa çağırıb: "Rum tərəfinin özbaşına dəniz sahəsi müəyyənləşdirməyə, bu sahələrdə neft və qaz axtarmağa başlaması zaman və ehtimal olunan nəticələr baxımından son dərəcə məsuliyyətsiz davranışdır. Rum tərəfinin bu birtərəfli hərəkətinin qarşısında Türkiyə və Kıbrıs türk tərəfi təmkinlə hərəkət edəcək, ancaq beynəlxalq hüquqdan doğan haqlarını da qoruyacaq. İndi bütün tərəflərdən gözləntimiz rum hökumətinin yalnız adada deyil, bütün bölgədə gərginliyə səbəb ola biləcək təşəbbüslərin qarşısının alınması istiqamətində səy göstərmələridir. Əks təqdirdə lazımi addımları atacağıq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
21:27 12.03.2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
21:23 12.03.2025
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib-FOTOLAR
Albaniya Prezidenti Azərbaycana gəldi-FOTO
21:19 12.03.2025
Albaniya Prezidenti Azərbaycana gəldi-FOTO
Bakıda sürücünü yolda döyənlər həbs edildi
21:04 12.03.2025
Bakıda sürücünü yolda döyənlər həbs edildi