Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Şırnak vilayətinin Uludərə rayonundakı hava əməliyyatının 10 gün əvvəl daxil olan məlumata əsasən həyata keçirildiyini bildirib. Əməliyyata aid 4 saatlıq videoya malik olduqlarını deyən baş nazir kütləvi informasiya vasitələrini də tənqid etməyi unutmayıb.