Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan onu "xunta üzvü” adlandıran CHP sədri Özgür Özəli məhkəməyə verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Özgür Özəl haqqında 500 min TL mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Bildirilib ki, CHP sədrinin prezidentin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün prokurorluqda haqqında cinayət işi qaldırılıb.