Ərdoğan Fransaya "od püskürdü" - AÇIQLAMA

Ərdoğan Fransaya "od püskürdü" - AÇIQLAMA
Bütün Xəbərlər
17:02 24.01.2012
2640

Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının fraksiya toplantısında Fransa Senatının qəbul etdiyi qərarı dəyərləndirib.

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Ərdoğan "Bu sifarişli səsvermə, istər Fransa Milli Assambleyasında, istərsə də Senatda qəbul edilən qərar bizim üçün yox hökmündədir. Bu, orta əsr zehniyyətinin təzahürüdür" deyib.

Türkiyənin ümidini itirmədiyini bildirən Ərdoğan 60 senatorun Konstitusiya Məhkəməsinə müraciət etməsi imkanının qaldığını deyib.

Qəbul edilən qanunun ayrı-seçkilik və ifadə azadlığının qətliamı olduğunu bildirən Ərdoğan Fransanın Türkiyə tarixi üzərindən səs oğurlamağa çalışdığını söyləyib: "Bu, Fransa tarixinə edilən xəyanətdir. Bu məsələ Türkiyə-Fransa məsələsi deyil. Bu, açıq şəkildə ayrı-seçkilik, irqçilikdir. Əvvəlcə də demişdim. Sarkozinin babası İspaniyadan qovulan, Osmanlıya sığınan biridir. Qəbul edilən bu qərarlarla Sarkozi Osmanlı tolerantlığına kölgə sala bilməyəcək".

Ankaranın səbrli davrandığını qeyd edən baş nazir mərhələ-mərhələ sanksiyaların tətbiq ediləcəyini, proseslərin gedişinə görə fəaliyyət planının müəyyənləşəcəyini deyib.

OXŞAR XƏBƏRLƏR