Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

SİYASƏT
18:33 24.10.2021
828
Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana növbəti dəfə səfərə gələcək.

Son bir ildə ölkəmizə üçüncü dəfə təşrif buyuran dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılacaq.

Ərdoğan mərasimdə çıxış edəcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti ötən ilin 9 dekabr və cari ilin 15 iyun tarixlərində Azərbaycana səfər edib.

OXŞAR XƏBƏRLƏR