Ərdoğan həbsdə olan nazirdən danışdı - AÇIQLAMA

Ərdoğan həbsdə olan nazirdən danışdı - AÇIQLAMA
Bütün Xəbərlər
14:31 10.01.2012
1142

"Arzumuz həbssiz mühakimə olunmasıdır"

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, baş nazir Rəcəb Tayyib Ərdoğan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi, istefada olan general İlkər Başbuğun həbsi ilə bağlı ilk açıqlamasını verib.

Ərdoğan hüquqi prosesin başladığını və bu səbəbdən hər hansı şərh və ya dəyərləndirmə verməsinin doğru olmadığını bildirib.

Başbuğ ilə 2 il bərabər çalışdığını söyləyən Ərdoğan keçmiş ordu rəisinin barəsində həbs-qətimkan tədbiri olmadan mühakimə olunmasını arzuladığını deyib: "Həbsdəykən deyil, azadlıqda mühakimə etmə yolu hər zamankı arzumuzdur".

OXŞAR XƏBƏRLƏR