“Təqribən 7 milyard dollar dəyəri olan TANAP layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm məsafə qət etdilər” Bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2012-ci ilin yekunları ilə bağlı xalqa müraciətində bildirib. AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, Trans-Anadolu təbii qaz kəməri (TANAP) layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm addım atıblar: “İyun ayında biz Azərbaycan Prezidenti İlham Əliyev ilə bütün Avrasiyanı yaxından maraqlandıran və qlobal əhəmiyyətə malik olan bir layihənin imza mərasimini keçirdik. Təqribən 7 milyard dollar dəyəri olan TANAP layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm məsafə qət etdilər”. Türkiyənin Baş naziri Bakı-Tbilisi-Qars dəmir yolu və “Marmaray” xəttinin regionun inkişafına təkan verəcəyini də vurğulayıb.