Ötən gün Türkiyə Baş naziri Ərdoğan Soma faciəsindən sonra Manisa vilayətinə gedib.
AZXEBER.COMxəbər verir ki, Ərdoğanı qarşılayan etirazçı kütlə baş naziri fitə basıb və etirazçılara polislər sərt reaksiya verib. Bunun ardından təxminən 200 metr uzaqlıqdakı qrup etirazlara qatılıb. Ərdoğan maşınına minərkən etirazçılar olan yerdə dayanıb və avtomobildən düşüb. Ancaq onu "Baş nazir istefa verməlidir" şüarı ilə qarşılayıblar.
Türkiyə Çevik polisi etirazçıları həbs etməyə başlayıb. Etirazçılar isə Daxili İşlər naziri Efkan Alaya da sərt təpgi veriblər. Bunu görən Baş nazir Ərdoğan yaxınlıqdakı marketə sığınmaq məcburiyyətində qalıb.
AZXEBER.COM-un məlumatına görə, Türkiyənin “ReportTürk” saytı Ərdoğanın marketə girdiyi anlarda, kameralara tuş gələn hadisə barəsində yazıb. Belə ki, görüntülərdə Ərdoğanın marketə sığındığı zaman, ona yaxınlaşan vətəndaşı sillələməsi öz əksini tapıb. Ərdoğanın vətəndaşa qarşı etdiyi bu hərəkət kameraların da diqqətindən yayınmayıb.
Saytın yazdığına görə, Türkiyə mətbuatının əsas aparıcı mətbu orqanlarına bu görüntülərin yayımlanmaması tapşırılıb.
Həmin görüntüləri təqdim edirik: