Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısında çıxış edir.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Ərdoğan çıxışının əvvəlində Xocalı faciəsinin 20-ci ildönümünü yad edib. "Xocalını unutmadıq, unutmayacağıq, unutdurmayacağıq" deyən baş nazir 1992-ci ilin 26 fevralında 613 məsum insanın ermənilər tərəfindən qətlə yetirildiyini söyləyib: "Bu qardaşlarımızı bir daha rəhmətlə yad edirik. Azərbaycana bir daha həmrəylik mesajı veririk".
Ərdoğan Taksim meydanındakı Xocalı mitinqində qaldırılan bəzi yanlış plakatlarla bağlı da danışıb: "İstanbuldakı mitinqdə bir neçə marjinal və fərdi plakatın olması Xocalı qətliamına dair üzüntümüzə və həmrəyliyimizə kölgə salmağa kifayət etməz. Etnik mənşəyindən, inancından asılı olmayaraq bütün vətəndaşlar birinci sinif vətəndaşdır. Biz Xocalı qətliamını unutmayacağıq, unutdurmayacağıq"