Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında yenidən bu vəzifəyə seçildi. Ərdoğan qurultayda rəqibsiz iştirak edib və 1421 nümayəndənin dəstəyini alıb. 3 səs isə etibarsız sayılıb.
Qeyd edək ki, qurultayda əcnəbi dövlət adamları da iştirak edib. Belə ki, Misir prezidenti Məhəmməd Mursi, Şimali İraq yerli idarəsinin rəhbəri Məsud Bərzani, Həmas lideri Xalid Məşal və sabiq Almaniya kansleri Gerhard Şröder də Ərdoğanın qonağı olub.