Ərdoğandan məktəbdəki faciə ilə bağlı müraciət

Ərdoğandan məktəbdəki faciə ilə bağlı müraciət
DÜNYA
22:39 15.04.2026
109
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşın Onikişubat rayonunda 14 yaşlı yeniyetmənin məktəbə hücumu nəticəsində 9 nəfərin həyatını itirməsi ilə bağlı rəsmi başsağlığı mesajı yayımlayıb.

AZXEBER.COM xəbər verir ki, Ərdoğan hadisədən dərhal sonra bütün müvafiq nazirliklərin (Daxili İşlər, Ədliyyə, Təhsil, Səhiyyə, Ailə və Sosial Siyasətlər) bölgəyə ezam olunduğunu bildirib:

"Bu ağır hücumda təəssüf ki, övladlarımızı və fədakar bir müəllimimizi itirdik. Ölənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Prokurorlarımız və müfəttişlərimiz araşdırmaları diqqətlə aparır. Hadisə bütün tərəfləri ilə mütləq aydınlığa qovuşdurulacaq."

Ərdoğan bu faciənin siyasi məqsədlər və ya reytinq xatirinə istifadə edilməsinə qarşı kəskin reaksiya göstərib:

"Belə bir hücumun siyasi mübahisələrə və reytinqə qurban edilməməsi həm vicdani, həm də əxlaqi borcdur. Ağrının siyasəti olmaz."

Vətəndaşları yalan xəbərlərə və sosial mediadakı dezinformasiyalara inanmamağa, yalnız rəsmi qurumların açıqlamalarını izləməyə çağırıb.

/Milli.az
OXŞAR XƏBƏRLƏR