Ərəb şeyxləri ov üçün indi də Saatlıya gəlib - FOTOLAR

Ərəb şeyxləri ov üçün indi də Saatlıya gəlib - FOTOLAR
Bütün Xəbərlər
01:09 14.10.2015
2757
Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəraları davam edir. Onlar ov üçün indi də Saatlıya gediblər.
Saatlı sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.
“Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” - deyə rayondakı mənbələrimiz bildirib.
Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.
Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin kim olduqlarını da bilmirlər.
Amma virtualaz.org saytının bundan əvvəl xəbər verdiyi kimi, ərəblər ötən ilin mart ayında da üç həftəyə yaxın Saatlı və İmişli rayonlarının ərazisində, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda əylənmişdilər. O zamankı ov həvəskarları isə keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.
Xatirladaq ki, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün bir ay əvvəl Azərbaycana gəlmişdi
Onlar ötən il olduğu kimi bu il də Hacıqabul rayonunun Qarasu kəndinə gediblər. Lakin 2-3 gün Hacıqabulda qalandan sonra şeyx müvəqqəti olaraq Dubaya qayıdıb. Amma onu müşayiət edən əshabə və xidmətçiləri hələ də Qarasudadır. Kənd sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, ərəblər Qarasu kəndində artıq iki mülk də alıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
13:10 28.08.2025
Partlayış olan binanın sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcək
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
13:07 28.08.2025
Baş nazir: Ermənistan vaxtı gələndə Aİ və Aİİ arasında seçim edəcək
Tarixdə bu gün - 28 avqust nə günüdür?
13:07 28.08.2025
Tarixdə bu gün - 28 avqust nə günüdür?
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
12:53 28.08.2025
“Həsən Bəy Zərdabi əlini çiynimə qoydu və dedi ki...” – Jurnalist Aygün Hüseyn yazır...
Prezident qəbul keçirdi - FOTOLAR
12:49 28.08.2025
Prezident qəbul keçirdi - FOTOLAR
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
12:45 28.08.2025
Rusiyada neft emalı zavodlarına dron hücumları edildi
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
12:36 28.08.2025
Tanınmış teleaparıcı "Azəriqaz"a səsləndi: "Kartlarınız əhaliyə əziyyət, işgəncə vermək üçündür?"
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
12:23 28.08.2025
Naxçıvan şəhər Sukanal İdarəsi Müştəri İnformasiya Sistemləri proqramına keçir
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"
12:16 28.08.2025
"Prezidentin müsahibəsi regional təhlükəsizlik arxitekturasında formalaşan reallıqları əks etdirir"