Əri öləndən sonra həyatdan küsdü və...

Əri öləndən sonra həyatdan küsdü və...
DÜNYA
13:03 20.09.2016
2578
65 yaşında olan qadın evdən çölə çıxmaq üçün insanlara yalvarır
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 il əvvəl əri vəfat  qadın depressiyadan 180 kilo olub.
3 uşaq anası olan qadın ərinin ölümündən sonra həyata küsüb:” 20 illik evlidik. Evlənəndə 49 kilo idim. Onu itirəndən sonra oturduğum yerdən qalxmadım. Əsəbləşəndə də, üzüləndə də yemək yedim. 5 il ərzində 180 kilo oldum.Üstəlik təzyiqim, şəkərim var”.
Evdən çölə çıxa bilməyən qadın hətta intihar etmək fikrinə də düşüb: “Tək istəyim mənə uyğun əlil arabası verilməsidir. Bu araba olmadığı zamanlarda insanları yalvarıb yanıma çağırıram”.
Qadın artıq evdə qalmaqdan bezdiyini dilə gətirib: “ Qurban bayramının ilk günü intihar etməyi düşündüm. Çünki həyatım 4 divar arasında keçir. Televizordan da sıxıldım. İnsan üzü görmək istəyirəm.
OXŞAR XƏBƏRLƏR